Mübariz Mənsimov 35 tanker aldı

Mübariz Mənsimov 35 tanker aldı

11-01-2017 16:00 / Bu xəbər 1352 dəfə oxundu

Azərbaycanlı biznesmen Mübariz Mənsimova məxsus "Palmali” Şirkətlər Qrupuna daxil olan "Palmali Dənizçilik” ikinci əl tankerlər alıb

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, şirkət Avropada yerləşən banklardan 35 ədəd tanker satın alıb.

 "Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu məlumatı təsdiqləsə də, tankerlərin qiymətini açıqlamayıb. Onun sözlərinə görə, gəmilərin qiyməti məsələsində məxfilik barədə razılaşma əldə edilib. Məlumata görə, sözügedən tankerlərdən 2-si bu ayın sonuna qədər, 10-u fevral, yerdə qalanları isə may ayında "Palmali”nin donanmasına qatılacaq.

Arqument.az