"30 yaşı tamam olmamış Solovkidə güllələnib" - Arif Hacılı yazır

21-11-2017 01:37 / Bu xəbər 2811 dəfə oxundu

…Bolşevik işğalının ilk 7 ilində əksəriyyəti müsavatçılar olmaqla 48 min həmvətənimiz güllələnib, Solovki və digər ölüm düşərgələrində həlak olub…

Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində "Gizli Müsavat”ın rəhbəri olmuş Dadaş Həsənzadədən yazıb:

"Doğrudan da xalqın partiyası olan Müsavat yarandığı gündən istiqlal və azadlıq uğunda mübarizəsini durdurmadı. Bu mübarizəni sovet işğalından sonra da davam etdirən fədailərimizdən biri də az tanınan Dadaş Həsənzadədir. 

1897-ci ildə Şuşada doğulmuş, həkim-terapevt Dadaş Həsənzadə tatar maarifçisi Musa Cərulla Baqiyevlə birlikdə Rəsulzadənin sovet Rusiyasından çıxmasını təşkil etmişdi. 

1923- cü ildə Müsavatın Bakıda gizli nəşr etdirdiyi "İstiqlal” qəzeti dağıdıldıqdan, bir çox Müsavat rəhbərləri həbs edildikdən və ya mühacirətə məcbur olduqdan sonra Dadaş Həsənzadə gizli Müsavatın faktiki rəhbəri idi. Bu funksiyanı silahdaşları Əhməd Hacınski, Əbülfəz Balayev, Əli Yusifzadə ilə birlikdə 1926-cı ildə həbs olunanadək davam etdirdi. 

Siyasi fədakarlığna, istiqlal mübarizəsində mühüm roluna görə M.Ə. Rəsulzadə və silahdaşları tərəfindən ehtiramla xatırlanan D. Həsəndə 1927- ci ildə, hələ 30 yaşı tamam olmamış Solovki düşərgəsində güllələnib.

…Bolşevik işğalının ilk 7 ilində əksəriyyəti müsavatçılar olmaqla 48 min həmvətənimiz güllələnib, Solovki və digər ölüm düşərgələrində həlak olub…

Bu il Dadaş Həsənzadənin 120 yaşı tamam olur.

Xatirəsini yad etmək üçün ciddi tədbirlər keçirmək niyyətindəyik”. 

Bastainfo.com