Angela Merkel: "Avropa ABŞ-a ümid bəsləməməlidir"

Angela Merkel:

11-05-2018 11:26 / Bu xəbər 2592 dəfə oxundu

Almaniya kansleri Angela Merkel ABŞ-la bağlı açıqlama yayıb. 

O bildirib ki, bundan sonra Avropa ABŞ-a ümid bəsləməməlidir. 

Bu barədə "Sptunik International" xəbər yayıb. 

Məlumatda deyilir ki, Merkel bu sözləri ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən vuğulayıb. 

Kansler qeyd edib ki, Avropa öz taleyini özü müəyyənləşdirməlidir: "ABŞ artıq Avropanı qorumaq iqtidarında deyil. Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir”.  

Angela bundan əvvəl Almaniyanın İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam edəcəyini açıqlayıb.  

O bildirib ki, ABŞ-ın sövdələşmədən çıxması böyük əhəmiyyət kəsb edir.

ABŞ prezidenti Donald.Tramp mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib. 

O, İranı öhdəlikləri yerinə yetirməməkdə suçlayaraq, sazişi ABŞ üçün əhəmiyyətsiz sənəd adlandırıb. 

İran prezidenti Ruhani isə sazişə sona qədər sadiq qalacaqlarını deyib.