Aşıq Vüqar son mənzilə yola salındı

Aşıq Vüqar son mənzilə yola salındı

10-01-2018 18:09 / Bu xəbər 4155 dəfə oxundu

Aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlu bu gün səhər saat 6 radələrində dünyasını dəyişib.

Bu barədə Teleqraf.com-a aşığın yaxınları məlumat veriblər.

Həkimlərin bütün səylərə baxmayaraq, 2 gündür reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.

Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. 

Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.

Aşıq Vüqar Mahmudoğlu ifarkt keçirib.

Vüqar Mahmudoğlu Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayırdı. 

Mərhumu Müşfiqabaddakı evindən sənət dostları saz musiqisinin sədaları altında çıxarıblar.

Aşıq Vüqar doğulduğu Şıxzahırlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb. 

Mərhumun yas mərasimi Müşfiqabad qəsəbəsində keçiriləcək. 

Üç mərasimi yanvarın 12-də olacaq.