ATƏT seçkiqabağı vəziyyəti öyrənmək istəyir

ATƏT seçkiqabağı vəziyyəti öyrənmək istəyir

19-02-2018 19:22 / Bu xəbər 2103 dəfə oxundu

DTİHB -in qiymətləndirmə missiyası Bakıya gəlir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək üçün öz qiymətləndirmə missiyasını Bakıya göndərəcək.

Məlumatı "Turan” yayıb. Bildirilir ki, missiya Bakıda fevralın 21-22-də olacaq. 

Missiyanın səfərin yekunlarına dair məruzəsi iki həftə ərzində hazırlanacaq.

Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. 

MSK indiyədək prezident olmaq istəyən 13 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Müxalif düşərgədən Müsavat, AXCP, KXCP, REAL, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı seçkini boykot edib.