''Azərbaycanda 10 jurnalist həbsdədir'' - BƏYANAT

''Azərbaycanda 10 jurnalist həbsdədir'' - BƏYANAT

13-12-2017 18:22 / Bu xəbər 1779 dəfə oxundu

Jurnalistləri Müdafiə Komitəsi illik hesabat yaydı

"Azərbaycan çox sayda jurnalistin həbs edildiyi ölkələr arasındadır”.

"Turan”-ın məlumatına görə, Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (JMK) dekabrın 12-də yaydığı illik hesabatda belə deyilir. 

Sənədə əsasən, dünyada 262 jurnalist öz fəaliyyətinə görə həbs edilib. Ötən il bu rəqəm 259 olub.

Azərbaycanda isə hazırda orada həbsdə olan jurnalistlərin sayı 10 nəfər göstərilib. 

Hesabatda qeyd olunur ki, hakimiyyət nümayəndələri Azərbaycanda heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs edilmədiyini iddia edir.

Təşkilat qeyd edir ki, jurnalistlərin təxminən 75 faizi dövlət əleyhinə fəaliyyət və ya terrorla bağlı ittihamla saxlanılıb.

JMK qeyd edir ki, həbs edilən jurnalistlərin sayının artması beynəlxalq ictimaiyyətin mətbuat azadlığı sahəsində qlobal böhranı nizamlaya bilməməsi deməkdir.