''Badamdarda, sürüşmə zonasında çatların ölçüləri artıb''

''Badamdarda, sürüşmə zonasında çatların ölçüləri artıb''

19-10-2018 13:42 / Bu xəbər 1741 dəfə oxundu

''Qaya parçalarının hərəkəti müşahidə edilir''

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah Badamdarda sürüşmə ilə əlaqədar vəziyyət oktyabrın 19-da yeni məlumat yaylb. 

Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib. 

Sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir. Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

Oktyabrın 12-də sözügedən sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub. 

Sürüşmə sahəsindəki gərginlik nəzərə alınaraq ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında Qərargah yaradılıb.

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, sürüşmə eni 300 metr olan bir ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalt istiqamətində irəliləyb.

Son günlər, Badamdardan başqa, Bakının digər ərazilərində də sürüşmə hadisələri baş verib.

Oktyabrın 17-də belə bir hadisə Səməd Vurğun küçəsində, oktyabrın 18-də isə Zığ şossesində sürüşmələr olub.///Meydan.tv