''Bəzi nazirliklərin təmirə xərclədiyi pula 3 kənd salmaq olar''

''Bəzi nazirliklərin təmirə xərclədiyi pula 3 kənd salmaq olar''

16-03-2018 18:37 / Bu xəbər 2245 dəfə oxundu

Fazil Mustafa israfçılıqdan, mənzillərdən və süddən danışdı

"Bir çox dövlət qurumu israfçılığa yol verir. Elə nazirliklər var ki, təmirə 10 milyon manatlarla pul xərcləyirlər. Halbuki bu məbləğlə 3 yeni kənd salmaq mümkündür. Yaxud da həmin vəsaiti qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunmasına sərf etmək olar”.

Bunu parlamenin iclasında Deputat Fazil Mustafa deyib. 

O vurğulayıb ki, bu gün vətəndaşlara məxsus evlərdə məcburi köçkünlər yaşayır və onların köçürülməsi həyata keçirilməlidir:

"Vətəndaşlar sahib olduğu evlərdən istifadə edə bilmirlər. Hətta hərbçilərə məxsus bir çox evdə də məcburi köçkünlər məskunlaşıb. Müharibə şəraitində yaşayan ölkədə bu, yolverilməzdir” – deyən deputat vurğulayıb ki, izafi xərclərə qənaət etməklə bu problemini birdəfəlik həll etmək mümkündür.

Deputat müəllimlərin maaşının artırılmasının vacib olduğunu deyərək bildirib ki, aşağı maaş alan müəllimdən yüksək nəticə gözləmək olmaz.

Bakıda köhnə yaşayış binaları sökülərək yerində yeni binalar tikilməsi ilə bağlı pilot layihələr həyata keçirildiyini deyən deputat əlavə edib ki, bu, məsuliyyətli məsələdir:

"Düzdür, köçürülən sakinlərə kirayə haqları verilir. Ancaq həmin binaların vaxtında təhvil veriləcəyinə kim zəmanət verir? Binaların hazır olması illərlə uzanacaqsa, bunun məsuliyyətini kim daşıyacaq? İcra hakimiyyətlərinin işi başa çatdırmaq üşün vəsaitləri yoxdur, yenə də məsələ dövlət büdcəsinin üzərində qalacaq”.

F.Mustafa Azərbaycanda südün qiymətinin baha olmasına da toxunub və bildirib ki, kənd təsərrüfatının inkişafı zamanı bu məsələ diqqətə alınmalıdır:

"Azərbaycanda benzin 90 qəpik, südün qiyməti isə 1 manat 50 qəpikdən bahadır. Əhalini gəlir səviyyəsi valideynlərə uşaqlara süd almağa imkan vermir. Bununla bağlı Türkiyədə layihələr keçirilib. Hər gün məktəbdə uçşaqlara süd verilməsi boy artımına çox müsbət təsir göstərib. Ona görə də bu məsələ diqqətdən kənarda qalmamalıdır”.