Bu dəfə “Galenvagen”lə “protiv” getdilər – VİDEO

Bu dəfə “Galenvagen”lə “protiv” getdilər –  VİDEO

20-03-2017 01:30 / Bu xəbər 2303 dəfə oxundu

Onun qayda pozuntusu qarşıdan gələn avtomobilin kamerasına düşüb

Son vaxtlar əks istiqamətə çıxaraq axına qarşı hərəkət edən sürücülər sosial şəbəkələrin "ulduzuna” çevrilib. 

Bu dəfə Bakıda "Gelandewagen” markalı, 90-MD-999 qeydiyyat nişanlı avtomobil tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edirkən Avtosfer.az-ın kamerasına tuş gəlib. Onun qayda pozuntusu qarşıdan gələn avtomobilin kamerasına düşüb.

Belə təfəkkürə malik olan sürücülər həmişə bir balaca sıxlıq olan kimi əks istiqamətə çıxaraq vaxt qazanmaq istəyirlər. Onlar dərk etmir ki, vaxt qazanan anda kiminsə ömrünü qısalda bilərlər. Belə sürücülər məsuliyyətdən kənarda qalmamalıdır.