Dolların real qiyməti 96 qəpikdir - “The Economist”

Dolların real qiyməti 96 qəpikdir - “The Economist”

15-01-2017 00:59 / Bu xəbər 2744 dəfə oxundu

ABŞ dolları Azərbaycan manatı ilə müqayisədə real dəyərindən 2 dəfəyə qədər baha satılır. 

İstiPress-in məlumatına görə, bu nəticəyə Britaniyada nəşr olunan "The Economist” jurnalının hər ay müəyyən etdiyi "Big Mac” indekslərinə əsasən gəlmək olur. Jurnalın elektron versiyasının saytında yerləşən interaktiv "Big Mac” indekslərin görə, yanvar ayında Amerikada "Big Mac”ın orta qiyməti 5 dollar 6 sent olub. Azərbaycanda isə yanvarda "Big Mac”ın qiyməti 4 manat 90 qəpik, yəni 2 dollar 74 sent olub.

Beləliklə, "Big Mac” indekslərinə görə, yanvarda manat real dəyərindən 46% aşağı qiymətləndirilib. Hazırda, 1 ABŞ dolları 1 manat 78 qəpiyə dəyişdirilir. Məsələyə "Big Mac” indeksi əsasında baxdıqda 1 ABŞ dollarının real olaraq 0,96 manata bərabər olduğunu ehtimal etmək mümkündür.

"Big Mac” indeksi "The Economist” tərəfindən 1986-cı ildə icad edilib. O, paritet alıcılıq qabiliyyəti nəzəriyyəsinə əsaslanır.