Əfqan Muxtarlı Şüvəlana etap olundu

Əfqan Muxtarlı Şüvəlana etap olundu

04-05-2018 19:36 / Bu xəbər 2817 dəfə oxundu

Həbsdə olan jurnalist Əfqan Muxtarlı Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına etap edilib.

Bu haqda "Basta”ya məlumat verən Samir Əsədli bildirib ki, məhkəməsi başa çatmış jurnalist cəzaçəkmə müəssisəsinə göndərilənə qədər bir neçə gün burada saxlanılacaq.

Ə.Muxtarlı 2017-ci il mayın 17-də Tbilisinin mərkəzində gürcü polislər tərəfindən oğurlanaraq Azərbaycana göndərilib. Növbəti gün 10 min avro qaçaqmalçılığı, sərhədçiyə müqavimət göstərmək, sərhəddi qanunsuz keçməkdə ittiham olunaraq həbs edilib.

2018-ci ilin yanvarında 6 il azadlıqdan məhrum edilib. Aprelin 24-də Şəki Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının şikayəti üzrə proses başa çatıb. İclas zamanı müdafiə tərəfinin 14 vəsatətinin heç biri təmin edilməyib.

Beynəlxalq və yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.