“Əl-Cəzirə" İsa Qəmbərdən müsahibə aldı - İlham Əliyevin fərmanı ilə bağlı

“Əl-Cəzirə

22-02-2017 16:31 / Bu xəbər 1896 dəfə oxundu

Beynəlxalq "Əl-Cəzirə" telekompaniyası Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi haqda məlumatda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin fikirlərinə yer verib.

Məlumatda bildirilir:

"Bu addım Azərbaycanı orta əsrlərə, feodalizmə qaytarır”, – Azərbaycan müxalifətinin lideri İsa Qəmbər deyir.

"21-ci əsrdə ailə idarəçiliyinə yer olmamalıdır”, – o, əlavə edib. 

Məqalədə Azərbaycanda insan hüquqularının pozulması və repressiyalar haqqında beynəlxalq hesabatlıara da istinad edilir.

Qeyd edək ki, Rusiyanın RBK, Türkiyənin Fox TV telekanalı da İlham Əliyevin fərmanı kəskin tənqid edənlərin fikirlərinə yer veriblər. RBK-da Müsavat başqanı Arif Hacılının və MSDM-in sədri İsa Qəmbərin mövqeləri əks edilib.///bastainfo.com