Erkin Qədirli sayt açdı

Erkin Qədirli sayt açdı

13-01-2017 02:08 / Bu xəbər 1918 dəfə oxundu

REAL-ın İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli sayt yaradıb. 

Arqument.Az xəbər verir ki, hüquqşünasın yaratdığı huququbil.com (Hüququ bil) saytında hüquqa aid yeniliklər (xəbərlər), şərhlər, yazılar və görüntülər (videolar) olacaq. 

Saytda həmçinin dünyanın çeşidli yerlərində, o cümlədən ölkəmizdə, qəbul olunan qanunlar, verilən qərarlar və başqa hüquq xəbərləri, eləcə də onların şərhləri olacaq. 

Mövzular 8 bölmə üzrə yerləşdirilərək oxuulara təqdim olunacaq. 

Bu sayt hüquq tələbələri, müəllimləri, praktik hüquq işçiləri, eləcə də hüquqla maraqlanan başqa peşə sahibləri üçün yardımçı olmaq məqsədilə yaradılıb.  

Arqument.Az