Fuad Ağayevə töhmət verilib

Fuad Ağayevə töhmət verilib

09-07-2018 19:22 / Bu xəbər 1938 dəfə oxundu

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib. 

Bu barədə APA məlumat yayıb.

İclasda vəkil Fuad Ağayev barəsində olan, Penitensiar Xidmət tərəfindən verilən şikayətə baxılıb.

Rəyasət Heyətinin qərarına əsasən Fuad Ağayevə töhmət verilib. 

Bundan öncə Vəkillər Kollegiyası tanınmış vəkil Yalçın İmanov, İradə Cavadovanın fəaliyyətini dayandırılması barədə qərar çıxarıb. 

Bundan başqa, kollegiya Nemət Kərimli, Fəxrəddin Mehdiyev və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.