GAP icazəsiz aksiya keçirdi, saxlanılanlar var

GAP icazəsiz aksiya keçirdi, saxlanılanlar var

11-03-2018 11:41 / Bu xəbər 3001 dəfə oxundu

Polis partiyanın 10-a yaxın funksionerini polis bölməsinə aparıb

Martın 10-da Gələcək Azərbaycan Partiyası (GAP) Bakıdakı Fəvvarələr Meydanında "Azad Seçki!” tələbilə etiraz aksiyası keçirib. 

Polis icazəsiz aksiyanın iştirakçılarından bir neçəsini saxlayıb.

GAP mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, polis qarşısını almağa çalışsa da, aksiya baş tutub: "Məlum aksiyadan sonra polis partiyanın 10-a yaxın funksionerini saxlayaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparıb. Saxlanılanlardan bir neçəsinin adı məlum olub:

Emin Fərhad (Gənclərlə iş üzrə Müavin)
Rəşad Məhərrəmov (Mərkəzi İcra Aparatının sədri) 
Rəşid Nazim (Nizam İntizam Komisiyasının sədr müavini) 
Sabir İbrahimov (Siyasi Məhbus ailələrilə iş üzrə Müavin) 
Elvin Kəngərli (Partiya Gənclər Təşkilatının sədr müavini)
Aslan Həmid (Partiya Gənclər Təşkilatının sədri) 
Xəyal Əliyev (Partiya fəalı)”

Məlumatda bildirilir ki, digər saxlanılanların kimliyi müəyyənləşdirilir.

GAP ilk təsis qurultayını 2014-cü ildə keçirib və 4 ildir ki, fəaliyyətdədir.
 
Partiyanın sədri Ağasif Şakiroğludur.///meydan.tv