Gənclərin uşaqlar üçün "Kitab səhnəsi" layihəsi - FOTOLAR

Gənclərin uşaqlar üçün

14-10-2018 16:16 / Bu xəbər 1363 dəfə oxundu

"Education HUB" təşkilatçılığı ilə "İnkişaf Zamanı" proqramı çərçivəsində Bakının Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika Xüsusi İnternat Məktəbində "Kəpənək" komandasının "Kitab Səhnəsi" layihəsinin tədbiri keçirilib.

"Kitab Səhnəsi" layihəsi çərçivəsində uşaqlara, məktəb kitabxanasına hədiyyə kitablar verilib. 

Layihə çərçivəsində uşaqlara kitabların fərdi inkişafda rolu, kitab oxuma mədəniyyətinin formalaşmasından həmçinin forum teatrın tarixindən, icrasından, cəmiyyətə verdiyi mesajın sosial problemlərin həllində rolundan danışılıb. 

Tədbirin həyata keçirilməsində, əsasən da kitabların yığılmasında "TEAS Press", "Parlaq İmzalar", "Alatoran", "İdiot" nəşriyyatlarına, "KitabAl", "TürkKitabaz", "Kitabevim.az", "AzərKitab" kitab mağazalarına, "Kitabsevərlər" və "Rezonans" komandasına və Azərbaycan Yaradacılıq Fonduna xüsusi təşəkkürlərini bildiriblər.

"Education HUB" təşkilatçılığı ilə "İnkişaf Zamanı" proqramı çərçivəsində həyata keçirilən "Kitab Səhnəsi" layihəsinin əsas məqsədi məktəblilər arasında forum teatrı vasitəsi ilə kitab oxuma mədəniyyətinin formalaşdırılmasıdır.