Georgi Tsereteli həbsdəki jurnalistlə görüşdü

Georgi Tsereteli həbsdəki jurnalistlə görüşdü

15-03-2018 16:12 / Bu xəbər 2655 dəfə oxundu

ATƏT-in Parlament Assambleyasının sədri Əziz Orucovun amnistiyaya düşəcəyinə ümid edir.

Martın 14-də ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli 14 saylı Cəzçəkmə Müəssisəsində "Kanal 13" internet Tv-nin rəhbəri Əziz Orucovla görüşub.

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

"Georgi Tsereteli bu gün səhər özü şəxsən mənə zəng ederək bildirdi. O həmçinin qeyd etdi ki, yaxın günlərdə Azərbaycan parlamentinin sədri Oktay Əsədovla görüşüb. Bu görüşün Əziz Orucovun işinə müsbət təsir edəcəyini deyən ATƏT Parlament Assambleyasının sədri may ayında olacaq amnistiyada Əziz Orucovun da azad olunacağına ümid etdiyini və əlindən gələn bütün yardımı göstərəcəyini dedi", - o bildirib. 

Ə.Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. 

Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 

6 il azadlıqdan məhrum edilib.

Ə.Orucov özünü təqsirli bilmir. 

Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Arqument.Az