Gövhər Baxşəliyeva rus bölmələrinə marağın artmasına qarşı çıxdı

Gövhər Baxşəliyeva rus bölmələrinə marağın artmasına qarşı çıxdı

12-10-2018 17:18 / Bu xəbər 198 dəfə oxundu

"Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyildir”.

Bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva bildirib. 

O, Azərbaycanda uşaqların rus dilində təhsilə meyillənməsinin qarşısının vaxtında alınmalı olduğunu deyib:

"Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Bunu rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməyini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir. Rus dili də ingilis dili kimi xarici dil altında tədris olunmalıdır. Heç kim bunun saatlarının artmasının əleyhinə olmamalıdır. Lakin uşaqların birinci sinifdən rus bölmələrinə meyillənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən, bu, gələcəyimiz üçün çox vacibdir. Sual oluna bilər ki, SSRİ dövründə çoxu rus dilində təhsil alırdılar. O dövrdə karyera qurmaq, yüksək elmi dərəcə əldə etmək üçün bu dil lazım idi. Amma bu gün biz müstəqilik və ölkəmizdə karyera qurmaq üçün bütün lazımi şərait var".

Komitə sədri Ə.Hüsyenli isə bildirib ki, bu, insanların seçimidir: "Biz gənclərin dil seçiminə müdaxilə etməməliyik. Onlar bu məsələdə azaddırlar. İstədikləri dili öyrənə bilərlər”.