Həbsdəki jurnalist aclığa başladı

Həbsdəki jurnalist aclığa başladı

19-02-2017 22:45 / Bu xəbər 1491 dəfə oxundu

Hazırda məhkəmə prosesi keçirilən jurnalist Fikrət Fərəməzoğlu saxlandığı 1 saylı Bakı istintaq Təcrdixanasında aclıq aksiyasına başlayıb. 

Bu barədə həbsdəki jurnalistin həyat yoldaşı Faiqə Nösrəti özünün sosial şəbəkədəki səhifəsində məlumat yayıb: İndi Fikrət zəng etmişdi. Dedi ki, dünəndən, ayın 18-dən aclıq aksiyasına başlayıb. Məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz olaraq bu addımı atıb. Amma bunları mənə deyəndə danışığımızı yarımçıq kəsdilər. Kimsə qışqırdı ki, "çölə məlumat ötürmə”. Təzyiqlər artıq bu həddədir. Xahiş edirəm diqqətdə saxlayın”.

Arqument.Az