İlham Əliyev Moskvaya gedir, Medvedev isə Bakıya gəlir

İlham Əliyev Moskvaya gedir, Medvedev isə Bakıya gəlir

07-03-2017 16:14 / Bu xəbər 1534 dəfə oxundu

Prezidentin səfəri ilə bağlı Məmmədyarov və Lavrov müzakirələr aparıb.

Rusiya və Azərbaycan arasında bu il bir sıra, o cümlədən yüksək səviyyədə rəsmi səfərlər mübadiləsi olacaq.

"İnterfax" agentliyinin verdiyi məlumata görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

"Düşünürük ki, hökumətin sədri səviyyəsində səfər həyata keçiriləcək (Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevin Bakıya səfəri - İF)”, - deyə E.Məmmədyarov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla bu gün keçirilən görüşdə bildirib.

"Çox guman ki, prezident İlham Əliyevin də Moskvaya səfəri gözlənilir”, - deyə nazir qeyd edib.

E.Məmmədyarov həmçinin bildirib ki, İlham Əliyevin Moskvaya səfərinin təşkilatı məsələləri ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə müzakirələr aparılıb, amma dəqiq vaxt hələlik məlum deyil.///istipress.az

Arqument.Az