İlham Əliyev yeni sərəncam verdi

İlham Əliyev yeni sərəncam verdi

10-01-2017 01:55 / Bu xəbər 658 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev Qərib Şamil oğlu Məmmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Q. Məmmədov Azərbaycanda aqrar elmin inkişafında xidmətlərinə görə təltif edilib.

Q.Məmmədov  6 yanvar 1947-ci ildə Ermənistan Respublikasının Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Qərib Məmmədov 1965-ci ildə Amasiya rayonunda orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, 1966-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, həmin fakültənin komsomol təşkilatının katibi və tələbə elmi cəmiyyətinin üzvü olmuşdur. 

1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972-1980), baş elmi işçi(1980-1984), laboratoriya rəhbəri(1984-1994), institutun direktoru (1994-2000) vəzifələrində işləmişdir. 1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş və professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Qərib Məmmədov I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1997-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir. 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olmuşdur. 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir.



Bölmələr:


    loading...