İqtisadçılardan prezidentin çıxışına münasibət

İqtisadçılardan prezidentin çıxışına münasibət

11-01-2017 17:04 / Bu xəbər 1500 dəfə oxundu

"Qəbul olunmuş qərarların, yol xəritələrinin tətbiqi və həyata keçirilməsi baxımından 2017-ci il test ili olacaq”. 

Bunu Toplum Tv-yə iqtisadçı ekspert Natiq Cəfərli, dünənki müşavirədə 2016-cı ilin qiymətləndirilməsinə münasibət bildirərkən deyib.
Image result for Natiq Cəfərli
Onun sözlərinə görə, 2016-cı il, doğurdan da, bir çox sahələr üzrə islahat addımları atılıb: "Kağız üzərində də olsa, strateji yol xəritələri hazırlandı. İndi əsas problem yol xəritələrinin və qəbul olunmuş qərarların, praktikada, reallıqda həyata keçirilməsi məsələsidir. Keçmiş illərdə də bunu görmüşük ki, çox zaman Azərbaycanada yaxşı qərarlar qəbul olunurdu, amma bunun problemlər var idi. Məsələn, regionların inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunmuşdu. Kağız üzərində çox normal bir proqram idi və regionların inkişafı üçün kifayət qədər şərait yaradabiləcək bir proqram idi.  Reallıqda isə təəssüf ki, biz bunun normal şəkildə həyata keçirilməsini görmədik. Nə regionların büdcənin formalaşmasında payı artdı, nə regionlarınm xarici ticarətdə payı artdı, nə kənd təsərrüfatının istehsalında ciddi artımlara nail ola bildik. Qəbul olunmuş qərarların, yol xəritələrinin uyğulanmasına və həyata keçirilməsinə baxmaq lazım olacaq. Bu baxımdan 2017-ci il test ili olacaq. Çünki qəbul olunmuş qərarlar var, onun həyata keçirilməsində, sistemli idarəetmənin özünün yaratdığı problemlərdən irəli gələn problemlər yaşanacaqsa, bu zaman qəbul olunmuş qərarların ciddi effekt verəcəyini düşünmürəm. Amma hər halda ötən ilin ən yaddaqalan məqamlarından biri odur ki, 2016-cı ildə ölkədə böhranlı vəziyyət elan olundu və böhrandan çıxış üçün bir sıra yolların axtarışına başlandı. Bu baxımdan 2016-cı il əlamətdar il kimi yadda qalacaq”.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, 2016-cı ili birmənalı qiymətləndirmək asan deyil:
 Image result for Vüqar bayramlı
"2016-cı il Ümumi Daxili Məhsulun azalması ilə yadda qaldı. Azalma təkcə neftin dünya bazarında qiymətinin düşməsindən deyildi. Baxmayaraq ki, birbaşa təsir edir. İnşaat sektorunda da təxminən 30%-ə yaxın azalma müşahidə olunmuşdu. Ümumi Daxili Məhsulda baş verən azalma digər sektorlara da təsir edir. Bu baxımdan da 2016-cı il iqtisadi baxımdan çətin il kimi xarakterizə olundu. Müsbət baxımdan qiymətləndirsək, strateji yol xəritəsinin hazırlanıb, təsdiq edilməsi oldu. Nəzərə alsaq ki, həm milli iqtisadiyyat, həm də 11 digər sektor üzrə yol xəritəsi hazırlandı və təstiq olundu. Ona görə də növbəti illərdə genişmiqyaslı islahatlar həyata keçirilməlidir. Bu həm maliyyə-bank və həm də iqtisadiyyatın liberallaşdırılması, bazara çıxış imkanlarının artırılması, iqtisadiyyatın şaxələnməsi kimi islahatlar olmalıdır. Ona görə də 2016-cı il digər illər üçün baza rolunu oynamalıdır. 2016-cı ilin yekunu göstərir ki, Azərbaycan iqtisadiyyatının, həqiqətən də, geniş iqtisadi islahatlara ehtiyacı var”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vahid Əhmədov Toplum.Tv-yə bildirib ki, müşavirədə sözügedən iqtisadçı ekspertlər xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarındakı ekspertlər nəzərdə tutulur:
 Image result for Vahid Əhmədov
"Ola bilər, müəyyən yanlışlıqlara yol verilsin, amma hesab edirəm ki, hamısını bir sıraya qoymaq doğru deyil. Ümumi götürəndə, əlbəttə, cənab prezident  düz deyir ki, əlbəttə gedən bu prossesdə müəyyən qədər ağır olduğunu görürük, hiss edirik. Müəyyən yollar göstərmək adi haldır. Burada qeyri-adi bir şey yoxdur. Amma reallığı daha çox göstərmək lazımdır ki, inkişafa nailik”.

Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev belə deyib.

"Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir", - deyən prezident 2016-cı ilin ölkə tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayıb. 

Prezident qeyd edib ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq: "Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2.6 faiz artım əldə olunub". 

Gülzar N. Məmmədli
Toplum Tv