"İsa Qəmbər müayinəsini davam etdirir"

23-02-2018 17:25 / Bu xəbər 2072 dəfə oxundu

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX).

Bu barədə partiyanın Mətbuat Departamenti məlumat yayıb.

Müsavat başqanı Arif Hacılı isə Arqument.Az-a bildirib ki, İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. 

Məlumatda qeyd edilir ki, MKX-nin həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər.