İsa Qəmbər xəstəxanadan evə buraxıldı

İsa Qəmbər xəstəxanadan evə buraxıldı

18-01-2018 16:00 / Bu xəbər 2521 dəfə oxundu

Siyasətçinin müalicəsi ev şəraitində davam etdiriləcək

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.

Bu barədə İsa Qəmbər feysbukda yazıb: "Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!"

Xəstəxananın kardioloqu, Firdovsi İbrahimov bildirib ki, İ.Qəmbərin səhhəti yaxşıdır, müalicəsini ev şəraitində davam etdirəcək. 

İsa Qəmbər yanvarın 13-də ürəyində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilib.