İtkin düşən alpinistlərin meyitləri 5 aydan sonra tapıldı

İtkin düşən alpinistlərin meyitləri 5 aydan sonra tapıldı

16-05-2018 20:00 / Bu xəbər 2508 dəfə oxundu

"Təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib”

5 ay öncə Tufandağı istiqamətində itkin düşən alpinistlərin meyitinin tapıldığı deyilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, axtarışlar nəticəsində mayın 16-da, saat 18 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Saat 19 radələrində isə daha bir kişi və qadın cəsədi aşkarlanıb.

Dekabrın 27-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Alpinistlərin axtarışı ilə bağlı işlər aparıldığı deyilsə də, ötən müddət ərzində onlardan heç bir xəbər almaq mümkün olmamışdı.