Kliçkoya Bakıda ev hədiyyə olunub?

Kliçkoya Bakıda ev hədiyyə olunub?

23-02-2018 19:24 / Bu xəbər 1572 dəfə oxundu

Merin köməkçisi məlumatı təkzib edib. 

Azərbaycan mətbuatında Kiyev şəhərinin meri Vitali Kliçkoya son Bakı səfəri zamanı nazir Azad Rəhimovun oğlu Arif Rəhimov tərəfindən ev hədiyyə edilməsi ilə bağlı məlumatlar yer alıb. 

Bununla bağlı tia.az-ın əməkdaşı Vitali Kliçkonun köməkçisi Boqdan Balasinoviçlə əlaqə saxlayıb.

"Vitali Kliçkoya Azərbaycana gəlişi zamanı ev hədiyyə olunubmu” sualını Boqdan Balasinoviçin təkzib edib: "Azərbaycanla gözəl münasibətlərimizin olması heç də orada mülkümüzün olması demək deyil. Təbii ki, yanlış informasiyadır”.