Media eksperti FHN-ni tənqid etdi

Media eksperti FHN-ni tənqid etdi

29-12-2017 23:55 / Bu xəbər 1341 dəfə oxundu

Rəşid Hacılı 
Media Hüququ İnstitutunun rəhbəri

Məncə, o itkin düşmüş dağçılarımız yola Çıxarkən Fövqəladə Hallar Nazirliyinə (FHN) heç güvənmirdilər də...

İndi də onlarsız özləri gəlib çıxacaqlar, tezliklə.

Bu FHN heç də fövqəladə hallar üçün deyil.

FHN ən adi işlərlə məşğul olur. Azərbaycanda Hər bir dövlət qurumunun gördüyü adi iş. 

Dövlət görəvindən istifadə edib maksimum pul çıxarmaq.

Fövqəladə Hallar Nazirliyinin yaranması 2005-in sonundan 2006-nın ortalarınadək getdi. 

Kəmaləddin Heydərov artıq nazir də təyin olunmuşdu. Gömrük sədri vəzifəsindən də çıxarılmışdı. Amma Gömrük Komitəsinin sədrinin kabinetindəcə oturmuşdu və yeni nazirliyi yaradırdı. 

Gömrük Komitəsi işçilərinin bəzisi də əvvəlki işlərində işləyə-işləyə yeni nazirliyi qururdular.

Nazirliyin yaddaqalan ilk işlərindən biri Bakı şəhərində vüsət alan mənzil tikinti işlərini nəzarət altına almaq idi. 

Böyük pullar orada fırlanırdı. Təbii ki, neft Kamal müəllimlik deyildi. Vergi də. Gömrükdəki vəsaitlərə o nəzarət edirdi. Yeni gəlir yeri mənzil tikinti sahəsi idi. 

Bura ən çox investisiya qoyulan sahələrdən idi. 

Düzdür, bu biznesin öz sümürgəçiləri var idi. Bakı şəhər İcra hakimiyyəti. Daha doğrusu, konkret olaraq BŞİH-yə heç bir dəxli olmayan və orada çalışmayan bir xanım yığırdı pulları. Hacıbala müəllim sadəcə hazır sərəncama imza atırdı.

İkinci sümürgəçi isə Vergi idi. 

Daha sonra, "Azərişıq", "Azəriqaz", "Azərsu" və sairə də var idi. Hətta əmək müfəttişliyi də.

Bu durumda FHN sürətlə bazara girmək və əsas sümürgəçilərdən olmaq istəyirdi və tezliklə buna nail oldu. 

Əvvəl tikinti şirkətləri şoka düşdülər. Hətta artıq satılmiş mənzillərin də hər kv metrinə 30 dollar tas qoydular. Bir qədər vurnuxub hamısı ödəməyə başladılar. Mənzillərin qiymətinin artımı xərcləri kompensasiya edirdi. 

Sonra FHN bu işi tam əlinə keçirdi. Lisenziyanı da özü verməyə başladı. 

Zəlzələ, sel, uçqunları gözləyib oradan pul çıxartmağı gözləmək olmazdı. onlar sonra olacaqdı...

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.