Mehman Hüseynov yoxa çıxıb

Mehman Hüseynov yoxa çıxıb

10-01-2017 00:53 / Bu xəbər 2405 dəfə oxundu

Gənc blogger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında yoxa çıxıb. 

Arqumen.Az xəbər verir ki, bu haqda NİDA-çı gənc Ülvi Həsənli məlumat yayıb.

"Mehman bizdən təxminən 8-in yarısı ayrılıb, başqa bir dostu ilə görüşməyə getdi. Sonra həmin dostu ilə də görüşməyib. Ondan bu yana da xəbər yoxdu, telefonu da bağlıdır”, - deyə o bildirib. 
 
Vəkil Elçin Sadıqov da feysbukda yazdığı statusda bloggerin oğurlandığını yazıb: "Ancaq Azərbaycanda adam itkin düşəndən sonra polis idarələrində tapıla bilər. Mehman Huseynov hardasan? 102-yə zəng etdim ki, müvəkkilimi oğurlayıblar. Onlardan cavab gözləyirəm...sübh tezdən axtarışları davam etdirəcəm".

Arqument.Az