Məhşər günü saatı

Məhşər günü saatı

23-06-2018 15:04 / Bu xəbər 2871 dəfə oxundu

Rauf Aslanov

Məhşər günü saatı axşama daha yaxındı. Məsələn, keçən il axşama iki dəqiqə otuz saniyə qalmışdı, amma bu il, sadəcə, iki dəqiqə qalıb. Məhşərə bu qədər yaxınlaşmağımızın səbəbi kimi də "Donald Trampın digər ölkə liderləri ilə birgə böyüyən nüvə və Qlobal isdiləşmə problemini həlli yolundakı uğursuzluğu” göstərilir. 

Məhşər günü saatı nədir? 

Əslində, çox sadə bir şeydi; dünya yox olmaq təhlükəsinə nə qədər yaxındırsa, saatın əqrəbi gecə saat 12-yə o qədər yaxınlaşır. Amma normal saatlardan fərqli olaraq, bu saat əqrəbin əks istiqamətində də hərəkət edə bilir. Yəni builki problemlər gələn il həll edilsə, Məhşər günü saatının əqrəbi əks isdiqamətdə hərəkət edəcək. 

Tarixdə saat əqrəbindəki bəzi dəyişikliklər:

1947 – axşama 7 dəqiqə qalıb: saatın ilk buraxılışı, "nüvə təhlükəsinin əhəmiyyətini” göstərməyə çalışır.
1949 – axşama 3 dəqiqə qalıb: əqrəb saat 12-yə daha da yaxındı, çünkü Sovetlər Birliyi ilk nüvə silahı testlərini həyata keçirdi.
1953 – axşama 2 dəqiqə qalıb: ABŞ hidrogen bombasını yaratdı.
1963 – axşama 12 dəqiqə qalıb: Atmosferdə artıq heç bir nüvə sınağı keçirilməyəcək
1984 – axşama 3 dəqiqə qalıb: Sovet-ABŞ münasibətlətinin ən soyuq vaxtıdır.
1991 – axşama 17 dəqiqə qalıb: "Soyuq müharibə" bitdi və saat əqrəbi geri tullandı...

Məhşər günü saatının nə olduğunu və necə işlədiyini başa düşdük, amma onun tarixinə də baxmadan saatın real təhlükəni necə göstərdiyini başa düşə bilmərik. 

Bu saat 1947-ci ildə Martyl Langsdorf tərəfindən dizayn olunub və Atom Elmləri Bülleteninin (Bulletin of the Atomic Scientists) üz qabığı olub. Xanım Martyl Langsdorf isə Manhetten layihəsini Albert Eynşteyn və digər alimlərlə birgə işləyən elm adamı Alexander Langsdorfun həyat yoldaşı idi. Bu o Manhetten layihəsidir ki, Xirosima və Naqasakiyə atılan atom bombalarının planları burada hazırlanmışdı. 

Onsuz da Manhaten layihəsində işləmiş elm adamlarının çoxu Atom Elmləri Bülletenində işləyirdi. Yəni bu tərəfdən baxanda saatı hazırlayanlar dünyanı atom bombası təhlükəsi ilə üz-üzə qoyan insanların özləri idilər. Bu insanlar bombanın nə olduğunu, nə edə biləcəyini, təsirini hamıdan yaxşı bilirdilər. Və buna görə də onlar qorxub bu bülleteni hazırladılar. 

Demək olar ki, hər il 1947-ci ildə nəşr edilən Atom Elmləri Bülletenində axşam saat 12-yə nə qədər qaldığı göstərilir. 

Məhşər günü saatı artıq, sadəcə, nüvə təhlükəsində yox, həm də Qlobal isdiləşmə, Kimyəvi təhlükəsizlik, Kimyəvi terrorizm və Kiber müharibə kimi digər şeylərdə də əqrəbin isdiqamətini dəyişir. 

Məhşər günü saatının fəlsəfəsi...

Əslində, bu saat həm təhlükəni göstərir, həm də başqa fəlsəfi bir tərəfi var. Belə ki, bu saat normal saatlar kimi də ola bilərdi. Hətta əqrəbin əks istiqamətində hərəkət edə bilməsə, bu, insanları daha çox vahiməyə salardı, amma etmir. Bunun səbəbi də odur ki, işlər nə qədər pis olursa-olsun fərqi yoxdur, bütün təhlükə və problemlərdən çıxış yolu var... Mahiyyət məhz budur. 

Yazı müəllifin şəxsi mülahizələrini əks etdirir.