Merkel Azərbaycana gələcək
21-07-2018 17:22 / Bu xəbər 1610 dəfə oxundu
Almaniya federal kansleri Angela Merkel Azərbaycana səfər edəcək.
"Sputnik" agentliyinin verdiyi xəbərə görə, A. Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq.
O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.
Səfərin proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.