Merkel postundan getmək istəyir

Merkel postundan getmək istəyir

29-10-2018 17:38 / Bu xəbər 1631 dəfə oxundu

Almaniya kansleri Angela Merkel Xristian Demokrat İttifaqının sədri postundan getmək istəyir. 

Novator.az bildirir ki, oktyabrın 29-da yayılan məlumata görə, ittifaqın bölgə təşkilatlarının liderləri ilə görüşən Angela Merkel dekabr ayında keçiriləcək sədr seçkisinə qatılmayacağını deyib.

Angela Merkel 2000-ci ildən Xristian Demokrat İttifaqının sədri, 2005-ci ildən Almaniya kansleridir.

Liberal-mühafizəkar mövqeli partiya olan Xristian Demokrat İttifaqının əsası 1945-ci ildə qoyulub.

Angela Merkel 1954-cü ildə Almaniya Federativ Respublikasının Hamburq şəhərində doğulub. Üç yaşında olarkən valideynləri ilə Almaniya Demokratik Respublikasına köçüb.

1978-ci ildə Leypsiq Universitetinin fizika fakültəsini bitirən Angela Merkel uzun müddət elmi fəaliyyətlə məşğul olub, 1990-cı ildə Almaniya birləşəndən sonra siyasətə qoşulub. Sədrlikdən  əvvəl Xristian Demokrat İttifaqında sədr müavini, baş katib postlarını tutub.