Müsavat başqanı Həqiqət Oğuzu təbrik etdi

Müsavat başqanı Həqiqət Oğuzu təbrik etdi

18-04-2017 23:02 / Bu xəbər 1617 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat Məclisinin üzvü Həqiqət Oğuzu doğum günü münasibəti ilə təbrik edib.

Arqument.Az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Həqiqət xanım! Sizi doğum günü münasibətilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin fəal iştirakçılarından olmusunuz.

Müsavat Partiyası bərpa olunduqdan sonra fəaliyyətinizi bu partiyada davam etdirirsiniz. 

Siz Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda mübarizədə fəal iştirak etməklə, həm də bu mübarizənin təşlikatçılarındansınız. Siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət, fədakarlıq, və ziyalılıq nümunəsi kimi tanınırsınız. 

Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə demokratik qüvvələrin uğuru, saxtakarlıqların qarşısının alınması üçün fədakar mübarizə aparmısınız. Siyasi fəaliyyətiniz dövründə üzləşdiyiniz təqiblər zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz cəmiyyət üçün bir nümunədir. 

Fəal həyat mövqeyiniz, işgüzarlığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Siz uzun müddət Müsavat Partiyası Oğuz rayon təşkilatının sədri olaraq, rayon təşkilatının və partiyanın güclənməsi, qərarlarının icrası, Müsavat ideologiyasının təbliği, sıralarımızın artması  üçün ciddi işlər görmüsünüz. Belə fəaliyyətiniz bu gün də davam edir. 

Siz, həm də uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmusunuz. Pedoqoji fəaliyyətiniz dövründə bu şərəfli peşənin öhdəsindən layiqincə gəlmisiniz.
          
Hörmətli Həqiqət xanım! 

Siz həyantınızı əsasən Azərbaycanın istiqlalı, azadlığı, firanvanlığı uğrunda mübarizəyə həsr etmisiniz. 

Müsavat Partiyası üzvləri və Sizi tanıyanlar, Sizi cəmiyyətin maraqları naminə mübarizənin simvollarından biri kimi qiymətləndirir. 

Vətən qarşısında xidmətləriniz, fədakar mübarizə yolunuz yaddaşlarda həkk olunan bir nümunədir.
 
Sizinlə qürur duyuruq. Sizinlə silahdaş olduğumuza görə fəxr edirik. 

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.