Nazir iki müavinini işdən çıxartdı
19-01-2018 01:29 / Bu xəbər 2161 dəfə oxundu
Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin vəzifədən azad olunub.
Unikal.org xəbər verir ki, qurumda aparılan islahatlarla nazir müavinləri - İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifələr ixtisar olunub.
Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib.
Nəqliyyat üzrə isə müavin vəzifəsinə isə hələlik təyinat olmayıb.