Nazirlik: Bayılda sürüşmə texnogen amillər nəticəsində baş verib

Nazirlik: Bayılda sürüşmə texnogen amillər nəticəsində baş verib

16-05-2018 15:03 / Bu xəbər 872 dəfə oxundu

"Tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib''

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərova istinadən yaydığı məlumatda deyilir.

Xidmət rəisi bildirib ki, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meylliliyi 35-40 dərəcədir.

Ş.Səfərov qeyd edib ki, həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib.

"Nəticədə yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib, bu səbəbdən də aşınma və çökmə hadisəsi baş verib”.

Onun sözlərinə görə, bu ərazi ümumilikdə sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan sahə hesab olunur.

Mayın 15-də Bayılda sürüşmə baş verib. 

Hadisə nəticəsində 4 evə ziyan dəyib. 

Həmin evlərdən ikisi tam, ikisi qismən dağılıb. 

Ərazidə ümulikdə 20 ev var.