"Neftin qiyməti 40 dollara düşə bilər"

20-04-2017 18:27 / Bu xəbər 2424 dəfə oxundu

"Neft istehsalının azaldılması qərarı uzadıla bilər"

Səudiyyə Ərəbistanının Neft naziri Xalid əl-Falih bildirib ki, OPEC neft istehsalının azaldılması ilə bağlı qərarını uzada bilər.  

Toplum.tv xarici mediaya istinadən xəbər verik ki, o, bunu Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabidə keçirilən "Körfəz Ölkələri Neft Medya Forumun”da deyib: "Neft istehsalının azaldılması qərarının uzadılması yönündə artan bir konsesnus var. Ancaq hələ tam olaraq razılığa gəlinməyib” 

Neftə tələbatın aşağı seviyyədə olması iddialarına qarşı çıxan Falih: "Bu iddialar digər sektorların və başqa ölkələrin mənafeləri üçün edilir", - deyə bildirib. 

OPEC keçən ilin sonunda neft istehaslının səviyyəsini günlük 1,2 milyon barel aşağı salmaq qərarı almışdı. 

2017-ci ilin yanvarından başlayaraq 6 aylıq müddətdə qüvvədə olan qərarın zərurət yaranarsa, uzadıla biləcəyi qeyd edilmişdi. 

İqtisadçı ekspert Natiq Cəfərli Toplum.tv-yə verdiyi açıqlamada bildirib ki, sözlü müdaxilələr və bu qərarla neftin qiymətində 10-12 faiz neftin qiymətində artıma nail oldular: "Bu gün neftin qiymətinin 53-55 dollar ətrafında cəryan etməsi bu sözlü müdaxilələrdən və qərarının təsirdir. May ayının 25-də Vyanada növbəti toplantı olacaq. Bu toplantıda qərarın uzadılması ilə bağlı uzlaşma olmasa neftin kəskin düşməsi gözlənilir. Qiymətin 40 dollara qədər enmə ehtimalı var. Ona görə də indiki qiyməti saxlamaq üçün anlaşma ilin sonuna qədər uzadıla bilər. Anlaşmanın effektini Amerikada neft hasilatının artması minumuma endirir". 
Картинки по запросу Natiq Cəfərli
"OPEC ölkələri hasilatın gündəlik 1.2 milyon barel azaldılmalı idi. O zaman Amerikada gündəlik hasilat 8,6 milyon barel idi. Bu gün artıq 9,3 milyon barelə qədər qalxıb. Təqribən 700 min barelə qədər Amerikada hasilatda artım var. Amerikada hasilatın artması OPEC-in anlaşmasını xeyli dərəcədə zəiflədir. Amma OPEC ölkələridə başa düşür ki, heç olmasa sözlü müdaxilələr olmasa, uzatma qərarı verilməsə daha kəskin enmələr olacaq. Ona görə də çox güman, may ayının 25-də Vyanada bu anlaşmanın ilin sonuna qədər uzadılması qərarı veriləcək. Amma bu bazarlara ciddi təsir etməyəcək. Çünki dünya birjaları artıq bu qərarın o qədər də güclü olmadığını alqılayıb və bu qiymətlərdə öz əksini tapıb”, - deyə iqtisadçı bildirib. 

Qara Məhəmmədoğlu