Nidaçı gəncə hökm oxundu: 5 il 6 ay

Nidaçı gəncə hökm oxundu: 5 il 6 ay

16-01-2017 14:43 / Bu xəbər 1574 dəfə oxundu

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman 5 il 6 ay azadlıqdan məhrum edildi. 

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxardı.

E.Qəhrəman hökmdən öncə Son sözünü deyib, bəraət istəyib.

Zalda «Elgiz başqan» şüarı səsləndirilib.

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

Prokuror gənc fəala 6 il həbs cəzası istəyib.

Elgiz Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Arqument.Az