Prezident Administrasiyası: "Tikinti şirkətlərindən şikayətlər artır"

Prezident Administrasiyası:

14-02-2018 16:54 / Bu xəbər 2208 dəfə oxundu

«2016-cı illə müqayisədə ötən il müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlardan artıb».

Bu barədə Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da dərc edilən yazısında bildirilir.

«Elə şəhər və rayon icra hakimiyyətləri var ki, vətəndaşlar öz problemləri barədə onlardan çox yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına yazmağa üstünlük verirlər», - S.İsmayılov bildirir.

Şöbə müdiri vurğulayıb ki, il ərzində daxil olmuş müraciətlərin 66.5 faizi ərizə, 33.2 faizi şikayət, 0.3 faizi təklifdir. Onun bildirməsinə görə, məhkəmə orqanlarından da şikayətlər artıb.

Şöbə müdiri vurğulayıb ki, əksər məsələlərdə müraciətlərin sayı azalıb. Amma şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə şikayətlərdə artım müşahidə edilir. Onun deməsinə görə, belə müraciətlər 28.8 faiz artıb.