Qubalı müəllim prezidentə müraciət etdi

Qubalı müəllim prezidentə müraciət etdi

15-02-2018 15:26 / Bu xəbər 2181 dəfə oxundu

Quba rayonunun Hacıhüseynli kənd orta məktəbinin tarix müəllimi Abubəkirov İftixar Emran oğlu prezident İham Əliyevə və təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramova müraciət edib.

NUH.az-a daxil olan müraciətdə deyilir: " Mən 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini ( ABU ) bitirmişəm. Universitetin verdiyi arayışla məktəbdə müəllimlik fəaliyyətinə başlamışam. ABU bağlandığı üçün digər tələbələr kimi mən də diplom ala bilmədim və Təhsil Nazirliyinə müraciət etdim. Nazirlik mənim sənədlərimi "Odlar Yurdu” universiteinə göndərdi və mən 2012-ci ildə "Odlar Yurdu” universitetini bitirərək tarix ixtisası üzrə diplom aldım. (Diplomun nömrəsi: B 190463 , qeydiyyat nömrəsi 163, verilmə tarixi 25.07.2012 ). 

Diplomda qeyd olunur ki, bu diplom bakalavr təhsil pilləsinə uyğun peşə fəaliyyətinə və magistraturaya qəbul olunmağa hüquq verir. İş yerimdən tələb olunduğu üçün diplomumun həqiqi olduğu ilə bağlı Təhsil Nazirliyinə müraciət etdim. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat Rəhbəri İlham Pirməmmədovun imzaladığı 08.01.2013-cü il tarixli, S. 154-34/0321 saylı rəsmi sənəddə qeyd olunur: "Təhsil Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, "Odlar Yurdu” Universiteti tərəfindən adınıza yazılmış B 190463, qeydiyyat nömrəsi 163 diplom blankı həqiqətən də Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisəsinə verilən dövlət nömrəli sənəddir”. 

Yəni bütün müvafiq dövlət qurumları mənim diplomumun həqiqi olduğunu sübut edir. Bütün bunlarla yanaşı mən 2012-ci ildə işə qəbul olunmaq üçün nazirliyin təyin etdiyi imtahanlardan keçmişəm və 10 ilə yaxındır ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Özüm də ailəliyəm, 2 uşaq atasıyam. 2017-ci dərs ili başlayanda 10 ilə yaxındır çalışdığım məktəbin rəhbərliyi guya diplomumun etibarsız olduğunu əsas gətirərək məni dərslə təmin etmədi. Sizdən xahiş edirəm bu qanunsuzluğa son qoyulsun və mən müəllim kimi fəaliyyətimi davam etdirim”.