Serj Sarkisyan baş nazir oldu

Serj Sarkisyan baş nazir oldu

17-04-2018 18:40 / Bu xəbər 2349 dəfə oxundu

Etirazçılar ''məxməri inqilab'' çağırışları etdi

Aprelin 17-də Ermənistan parlamenti yeni baş nazirini seçib. 

Açıq səsvermə ilə keçmiş prezident Serj Sarkisyan baş nazir seçilib. 

Səsverməyə qatılan 93 deputatdan 17-si "yox”, 76-sı "hə” deyib.

Məlumatı "T24” saytı yayıb (http://t24.com.tr/haber/ermenistanda-serj-serkisyan-basbakan-secildi,607710).

Serj Sarkisyan baş nazirliyə yeganə namizəd olub.

Aprelin 9-da Ermənistanda prezident seçkiləri keçirilib və Ermənistanın Böyük Britaniyada səfiri olmuş Armen Sarkisyan prezident seçilib.

Bir neçə gündür ki, Ermənistanda minlərlə insan keçmiş prezident Serj Sarkisyanı hakimiyyətdə saxlayacaq yeni hökumət dəyişiklliyinə etiraz edir. 

Onlar Yerevanın mərkəzi meydanına yığışıb. 

Serj Sarkisyanın partiyası parlamentdə çoxluğa malikdir və yeni qanuna əsasən hakim partiya baş nazirliyə onun namizədliyini irəli sürmüşdü.

Yerəvandakı son aksiyadan, üzərində ''Diktaturaya YOX'' şüarı yazlılan foto

Baş nazirin təsdiqindən sonra etirazçılar ölkədə "məxməri inqilab” çağırışları ediblər.

Ermənistanın yeni prezidenti aylıq maaşından imtina edib. O, həmin pulun ehtiyacı olan insanlara yönləndirilməsini istəyib. 

"News.az” saytının məlumatında deyilir ki, sayca 4-cü Ermənistan prezidenti olan Armen Sarkisyanın aylıq əmək haqqı 1.320.000 dramdır(2700 ABŞ dollar).

O, daha öncə səfir kimi çalışanda da əmək haqqı almaqdan imtina edibmiş. 

Yeni prezident dövlətin ona ayırdığı evdə də qalmayacağını, hələlik, paytaxtdakı öz evində yaşayacağını söyləyib.