"Sovetski"də yeni söküntü dalğası başlanır

14-02-2018 12:29 / Bu xəbər 2957 dəfə oxundu

2018-ci ildə keçmiş "Sovetski” küçəsində 2010 yaşayış və qeyri-yaşayış binası söküləcək”.

"Turan” Agentliyi xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov belə deyib.

Başçının sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabineti vətəndaşların köçürülməsinə və kompensasiyaların verilməsinə başlanması barədə qərar qəbul edəcək. İndiyədək sözügedən zonada 4300 yaşayış və digər obyekt sökülüb.

Ə.Əzizovun bildirməsinə görə, dövlət başçısı Nəriman Nərimanov prospekti və İsmayıl Qutqaşınlı küçəsinin arasında yerləşən evlərə görə, kompensasiya ödənilməsi barədə göstəriş verib.

Söküntünün qeyd olunan ərazidə aparılacağı bildirilir.

Xatırlatma

2017-ci ildə "Sovetski”də söküntü və köçürmə prosesinin birinci mərhələsi başa çatıb.

Adı çəkilən məhəllədə də ilk köçürmə zamanı 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın yaşayış və başqa obyektlər sökülüb.

Bu zaman vətəndaşlara hər kvadratmetrə görə 1500 manat kompensasiya ödənilib.

Bəzi ailələr kompensasiyanın az olduğunu bildirərək dirəniş göstəriblər. Evi sökülənlərdən onlarla ailə isə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.