Suallar, suallar yenə suallar... - Arif Pənahoğlu

Suallar, suallar yenə suallar... - Arif Pənahoğlu

17-12-2017 22:49 / Bu xəbər 2197 dəfə oxundu

Arqument.Az Arif Pənahoğlunun şeirlərini tədim edir: 

Başımda tufanlar, fırtınalar var,
Bu dəhşət cismimin qamətin əyər,
İçimdə sakitlik yoxdusa əgər, 
Otaqdakı sükut mənə neyləyər?!

Urəkdə yer də yox dəfn eləməyə, 
Kamına yetməyən arzularımı, 
Nə qədər verəcəm özüm-özümə, 
Kimsəyə verəcək suallarımı?!

Ruhum bədənimdən çıxıb, qayıtmır,
Nə qədər qəm-kədər ovutmaq olar?!
Arifəm, üzgünəm bir dincliyim yox,
Suallar, suallar yenə suallar...

***

Tanrı bizə hər sərvətdən, hər nemətdən pay verib,
Halalıma sahib çıxıb, zatı haram, yandırır...

Yüzün yeyib doxsanını... barı onun verələr ,
Vücudumu dolanmağa yetməz param, yandırır.

Özgələrə yardım əli uzatmağa hazırıq,
Öz dərdimə edilməyən müşgül çaram yandırır.

Novruzəli yorğanını öz qazıynan qızdırır,
Ta neynəsin, qaz payını kilsə, xram yandir...

Hayqanuşun nə vecinə, qənaət də eyləyə,
Ha yandırsa, ay ərzində beşcə dram yandırır.

Fatma xala balon aılr, düşünür ki, sərfədir,
Yazıq arvad ehtiyatla, qram-qram yandırır.

Üzdə gülüb, zarafatla söyləsəm də, sözümü,
Kimsə bilmir daxilimdə neçə yaram, yandırır...