Vəkildən DİN-ə şəkilli cavab

Vəkildən DİN-ə şəkilli cavab

11-01-2017 17:51 / Bu xəbər 2228 dəfə oxundu

Daxili İşlər Nazirliyinin bloqqer Mehman Hüseynovla bağlı yaydığı məlumata onun vəkili Elçin Sadıqov münasibət bildirib.

"Daxili İşlər Nazirliyinin bəyanatı həqiqəti əks etdirmir. Dünən Mehman Hüseynovun bədənindəki xəsarətlərə, paltarındakı zədələr və qan izlərinə baxmışam. Həmin baxış zamanı çəkilmiş fotoşəkilləri əlavə edirəm. Bədənində olan bəzi xəsarət yerlərinin şəkillərini etika naminə, hələ, yaymıram”.
Mehman Hüseynov. İşgəncə izləri. 11yan2017

Xatırlatma

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarına saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.
Mehman Hüseynov. İşgəncə izləri. 11yan2017
Mehman Hüseynov. İşgəncə izləri. 11yanvar 2017

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Moderin.az-a deyib ki, Mehman Hüseynov yalan danışır:

"Polis orqanlarında nə adam döyürlər, nə adam "toka” verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil”.

Azadliq Radiosu

Bölmələr:


loading...