"Vəzifədən çıxarılmağımı Arif Hacılı ilə danışmışdıq" - Tofiq Yaqublu

14-02-2018 20:13 / Bu xəbər 2176 dəfə oxundu

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib.

T. Yaqublu APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır:

"Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", - deyə o vurğulayıb.

T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.