Arif Hacılı: "Deyəcəksiniz ki, biz səhv etmişik, siz düz deyirmişsiniz"

Arif Hacılı:

25-04-2018 17:51 / Bu xəbər 2943 dəfə oxundu

Müsavat başqanı vəkillərin fəaliyyətinin dayandırılmasına münasibət bildirib.

"Hakimiyyət nəinki alternativsiz, hətta opponentsiz sistem yaratmağa çalışır. İcra hakimiyyətində, məhkəmədə, prokurorluqda hər kəs mövcud siyasi hakimiyyətin mənafelərinə xidmət edir".

Bunu Müsavat başqanı Arif Hacılı vəkillər Əsabəli Mustafayev və Nemət Kərimlinin fəaliyyətinin bir illik dayandırılmasına münasibət bildirərkən deyib. 

A. Hacılı feysbukda yazıb: "Parlamentdə bir müddət alternalivliyə olmasa da, opponentliyə dözümlü yanaşılırdı. Seçkilərdə qalib olan çoxsaylı müxalifətçilərin məhdud bir qismi parlamentə buraxılırdı. Bu da aradan qaldırıldı. 

Azərbaycanda ədalət mühakiməsi sistemi mövcud deyil. Hakimlər, ittihamçılar tam hakimiyyətdə olan olan siyasi qüvvənin təmsilçiləridir. Yalnız çox məhdud sayda müstəqil vəkillərin olmasına, bu sahədə məhdud opponentliyə dözümlü yanaşılırdı. Bu da aradan qaldırılır.

Müstəqil mövqe sərgiləyən bir - neçə vəkildən ikisi, müsavatçılar Nemət Kərimli və Asabəli Mustafayevin vəkillik fəaliyyəti 1 illik dondurulub.

Təmizləmə, "çistka” siyasəti hətta Stalin dövründə də uğur qazanmadı. İndi isə dövr başqadır. Bu gün cəmiyyəti, xalqı sıfırladığını düşünənlər çox yanılır. Bir gün sıfırladğını düşündükləriniz 100 olacaqlar. "Biz səhv etmişik, siz düz deyirmişsiniz”, – deyəcəksiniz. Bu gün qərarlar qəbul edəndə o günü, həqiqət anını düşünün".

Aprelin 23-də Vəkillər Kollegiyası vəkillər Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib.