Arif Hacılı Sekuta ilə görüşdü

Arif Hacılı Sekuta ilə görüşdü

10-01-2018 15:53 / Bu xəbər 2140 dəfə oxundu

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. 

Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. 

ABŞ-ın Azərbaycandakı səfirliyində baş tutan görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ problemi, siyasi məhbuslar məsələsi, ölkədə bu il keçiriləcək Prezident seçkiləri, dünyada və regionda baş verən hadisələr müzakirə olunub.

Qeyd edilən məsələlərlə bağlı Müsavat Partiyasının və ABŞ dövlətinin mövqeləri barədə fikir mübadiləsi olub.

Görüşdə Müsavat Partiyası başqanının xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı və ABŞ səfirinin müşaviri Uilyam Solley iştirak ediblər.