AXCP fəalı həbs olunub

AXCP fəalı həbs olunub

16-06-2018 14:31 / Bu xəbər 2803 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fizuli Hüseynov iyunun 14-də həbsdə olan REAL Partiyasının lideri İlqar Məmmədovun ad günü münasibəti ilə onun portreti və azadlıq şüarı əks olunan plakat qaldırarkən saxlanılıb. 

Məhkəmə Hüseynovu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunn tələbinə tabe olmamaq) ittiham edərək 10 sutka inzibati həbsə məhkum edib. 

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Füzuli Hüseynovun özü Binəqədi rayonundakı İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən telefonla zəng edərək həbs edildiyini bildirib. 

Məlumatda deyilir ki, Hüseynov qanunsuz həbsinə etiraz olaraq aclığa bağşlayıb.

"Füzuli Hüseynovun həbsi insanın azadlıq hüququnun pozulmasıdır. O dinc etiraz edib, hər hansı insanın rahatlığını pozmayıb. Hüseynovun həbsdə olan insanı müdafiə edən şüar qaldırmasının isə polisin qanuni tələbinə tabe olmamaq ittihamına aidiyyatı yoxdur. Onun həbsi siyasidir”, - AXCP bildirir.

Fizuli Hüseynov təkbaşına aksiya keçirən fəal kimi tanınır. 

O gözlənilmədən Bakının mərkəzi küçələrində siyasi məhbuslara azadlıq şüarları qaldırır. Fəal bundan öncə də inzibati həbs həyatı yaşayıb.

Rəsmi qurumlar Füzuli Hüseynovun həbsi ilə bağlı hər hansı məlumat yaymayıb.