Bakıda Xəzər Tv-nin yaxınlığında yanğın - VİDEO

Bakıda Xəzər Tv-nin yaxınlığında yanğın  - VİDEO

21-09-2018 13:26 / Bu xəbər 2056 dəfə oxundu

Bakıda Xətai rayonunda güclü yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, yanğın Xəzər TV-nin yaxınlığındakı "Xəzər" adlı kafedə baş verib.

Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsinə çalışır.

***

"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə ikimərtəbəli tikilidə baş verib. Yanğının başladığı "Xəzər" kafesi isə obyektin məhz ikinci mərtəbəsində yerləşir. İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub. Yanğın zamanı ölən və yaralanan yoxdur.