Ermənistanın yeni prezidenti seçilib

Ermənistanın yeni prezidenti seçilib

02-03-2018 13:59 / Bu xəbər 2604 dəfə oxundu

105 deputatdan 90-ı Armen Sarkisyanın lehinə səs verib

Ermənistan parlamenti martın 2-də gizli səsvermə yolu ilə ölkənin yeni prezidentini seçib.

Bu posta yeganə namizəd olan, Ermənistanın keçmiş baş naziri, Böyük Britaniyada səfiri Armen Sarkisyan 105 deputatdan 90 səs toplayaraq ölkənin növbəti 7 ili üçün prezident seçilib.

Onun namizədliyinin əleyhinə 10 nəfər səs verib, bir bülleten yararsız hesab edilib. Daha dörd deputat iclasda iştirak etməyib.

Yeni prezidentin seçilməsi üçün 79 deputatın səsi kifayət edirdi.

A.Sarkisyanın prezidentliyə namizədliyi hakim Respublika partiyası və Daşnaksütün Ermənistan inqilabi federasiyası tərəfindən irəli sürülüb.

Müxalifət fraksiyası olan "Yelk” (9 deputat) bildirmişdi ki, A,Sarkisyanın əleyhinə səs verəcək.

Hazırki prezident Serj Sarqsyanın səlahiyyətləri aprelin 9-da bitir. Həmin gün Ermənistan hökuməti istefaya gedəcək və yenisi seçiləcək.

Bundan sonra Ermənistan tam olaraq parlament üsul-idarəsi olan ölkəyə çevriləcək.