Əsgərin taqım komandiri tərəfindən güllələndiyi bildirilir

Əsgərin taqım komandiri tərəfindən güllələndiyi bildirilir

21-10-2018 17:27 / Bu xəbər 1287 dəfə oxundu

Azərbaycanın Quru Qoşunlarının Tərtərdə yerləşən N saylı hərbi hissəsində xidmət edən Razi Şakir oğlu Mustafalı həlak olub. 

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər taqım komandiri tərəfindən güllələnərək öldürülüb. 

Razi Mustafalının cənazəsi Bakı şəhəri, 4-cü mikrorayon, Hüseyn Seyidzadə 13-də yaşayan valideynlərinə təhvil verilib. Cənazənin artıq dəfn olunduğu bildirilir.

Yaxınlarına hadisənin hansı zəmində baş verdiyi haqda məlumat yoxdur.

Müdafiə Nazirliyi bu barədə hər hansı məlumat yaymayıb. Qurumun mətbuat xidmətindən Meydan TV-nin sualını cavablandırmayıblar.