“Grafika” Kəmaləddin Heydərovu və gömrüyü günahlandırır - VİDEO

“Grafika” Kəmaləddin Heydərovu və gömrüyü günahlandırır - VİDEO

18-09-2018 17:13 / Bu xəbər 2659 dəfə oxundu

"Grafika” dəftərxana ləvazimatları və uşaq oyuncaqları mağazalar şəbəkəsinin sahibi Eldar Köçərli Fövəladə hallar naziri Kəmaləddin Heydərovu, Dövlət Gömrük Komitəsini və qurumun sədri Səfər Mehdiyevi gömrükdəki monopoliyaya görə ittiham edib. 

O, feysbuk hesabında video reportaj təqdim edərək çıxışında bütün detalları açıqlayıb.
Eldar Köçərli

O bildirib ki, gömrükdə yüklərin rəsmiləşdirilməsində üzləşdiyi çətinliklər, bazardan sıxışdırılıb çıxarılması, inhisarçı rəqibin invoys manipulyasiyalarla etdiyi saxtakarlıqlar məhz adıçəkilən şəxslərin göstərişi ilədir. 
Səfər Mehdiyev

Bütün bu iradları video materialda geniş əhatə edən Köçərli deyir ki, əvvəllər nar şirəsi istehsalı ilə də məşğul olub, Amerika, Çin və Rusiya bazarlarına çıxarıb, etiketdə Qarabağ haqda məlumat verib. Amma dediyinə görə, onda da nar şirəsi istehsal edən nazirlərdən biri (fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən "Jalə” şirələrini nəzərdə tutur) onu bu bazardan da sıxışdırıb çıxarıb. 

Videomürciəti təqdim edirik: 
]